Salome Zurabişvili - Əgər hamımız prosesdə iştirak edib, səhvlərə yol verməsək, əminəm ki, Rusiya bazalarının Qudautadan və Sxinvalidən çıxdığını görəcəyik
Salome Zurabişvili - Əgər hamımız prosesdə iştirak edib, səhvlərə yol verməsək, əminəm ki, Rusiya bazalarının Qudautadan və Sxinvalidən çıxdığını görəcəyik

Ölkəmizin birləşməsi üçün, bizə mediasiya, Avropa İttifaqının yardımı və dəstəyi lazımdır, – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Batumidə, “Şərq Partnyorluğunun” 10 illiyinə həsr olunan beynəlxalq konfransda çıxış edərkən verdi.

“Gürcüstan sakit və dinc bir ölkədir və 2008-ci ilin avqust hadisələrindən sonra belə, rus turistlərini qəbul etməyə davam edirdi. Biz bu işğal məsələsinin sülh yolu və diplomatik kanallardan istifadə edərək, həll edilməsini istəyirik” – dedi Salome Zurabişvili.

Onun dediyinə görə, Cenevrə danışıqlarının yeniləşdirilməsi və daha fəal şəkildə aparılması və vəziyyətin deeskalyasiyası lazımdır və Avropa da bu prosesə qoşulmalıdır.