Gürcüstan prezidenti Salome Zurabişvili məhkumların əfv prosesinə moratorium elan etdi.
Bu barədə bəyanatı Salome Zurabişvili bugün prezident sarayında keçirdiyi brifinqdə verdi.
“Əfv prosesinə moratorium elan edirəm. Bu mövzu ilə bağlı bir çox spekulyasiyalar edildi və mənə və xüsusi ilə parlament katibimə təzyiq edildi, ancaq o bu prosesə qarışmayıb, çünki bu onun kompetensiyasında deyildi.
Əfv ilə bağlı qərarları mən verdim və məsuliyyəti başqasının üzərinə atmaq mənim xüsusiyyətim deyil” – dedi Salome Zurabişvili.
Daha öncə elan edilmişdi ki, brifinqi prezidentin parlament katibi Dimitri Qabunia keçirəcəkdi, ancaq, medya qarşısına prezidentin özü çıxdı.