Gürcüstan Prezidenti bu gün 9 məhkumu əfv edib. Bu barədə Prezidentin Administrasiyası məlumat yayır.
Qurumdan verilmiş məlumatda qeyd olunduğu üzrə, 5 məhkum cəzaçəkmə müəssisəsində qətimkan tədbiri olaraq müəyyən edilmiş cəzanın çəkilməsindən tam azad edilib və bu gündən cəzaçəkmə müəssisəsini tərk edəcək, 4 məhkumun isə cəzaçəkmə müəssisəsində çəkəcəyi cəzası azaldılıb.
Prezidentin Administrasiyasında azadlığa çıxanlar arasında iki qadın məhkum olduğunu bildiriblər.