Salome Zurabişvili DİN və QHT-lərə müraciət edir ki, onun ailəsinə qarşı həyata keçirilmiş hədələrə münasibət bildirsinlər
Ölkə üçün çox təhqiredicidir ki, insanlar qadını və onun uşaqlarını hədələyirlər, hərbi qüvvələrin adı ilə manipulasiya edirlər, hərbi qüvvələrin hansı da mənim olkəmdə və şəxsən mənim üçün gürcü layəqətinin və fədəkarlığının rəmzidir, – bu barədə Gürcüstan prezidentliyinə müstəqil namizəd, Salome Zurabişvili bu gün fövqəladə brifinqdə bəyan etdi və qeyd etdi ki, onu və onun övladlarını, “Milli Hərəkat” ilə əlaqədar olan keçmiş hərbiçilər, həyatın məhv eilməsi ilə hədələyirlər.
Onun dediyinə görə, münasibətin bildirilməsi üçün artı DİN və başqa idarələrə müraciət etdi.
“Daxili İşlər Nazirliyinə və müvafiq idarələrə müraciət etdim, baş verən fakta vaxtında münasibət bildirilsin ki, qeyri-sabitlik və qarmaqarşıqlığa qarşı yönəldilmiş cəhdin qarşısı alınsın”, – Zurabişvili bəyan etdi.
Bununla yanaşı prezidentliyə müstəqil namizədin bəyan etdiyinə görə, onun 11 oktyabrda müraciətinə münasibət bildirilmədi.
“Son günlərdə, daha dəqiq olaraq 9, 10, 11 noyabrda mənim övladlarım, Teymuraz və Ketevana və şəxsən mənə “sms”-lər gəldi. Burada açıq-aşkar həyatın məhv eilməsi hədəsi var idi. Hər üçümüzə qarşı səsləndirildi – “anlınıza güllə sıxacağıq, qanınızı içəcəyik”, – Zurabişvili bəyan etdi.