Salome Zurabişvili - Dağıdıcı zəlzələ nəticəsində həlak olanlara görə Mərakeş xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq
Gürcüstan prezidenti Salome Zurabişvili zəlzələ qurbanları üçün kədərləndiyini bildirib.
“Mərakeş xalqına səmimi başsağlığı verirəm. Dağıdıcı zəlzələ nəticəsində yüzlərlə insan həlak olub, xeyli insan evsiz qalıb. Fikirlərimiz indi həlak olanların ailələrindədir. Yaralıların tezliklə sağalmasını arzulayırıq”, – Salome Zurabişvili yazıb.
Ötən gün Mərakeşdə 6,8 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 820 nəfər ölüb, 672 nəfər xəsarət alıb.
Müəllif -
Mehemmed Bayramaliyev