Salome Zurabişvili Cenevrədə Beynəlxalq Əmək Təşkilatının 100 illiyinə həsr olunmuş konfransında iştirak edəcək
Gürcüstan prezidenti Salome Zurabişvili, işçi səfər çərçivəsində bu gün Cenevrədə Beynəlxalq Əmək Təşkilatının 108-ci konfransında iştirak edəcək. Konfrans təşkilatın 100 illiyinə həsr olunur.
Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, sabah, iyunun 11-də Salome Zurabişvili konfrans çərçivəsində nitqlə çıxış edəcək və islahatlar, nailiyyətlər, çağırışlar, Gürcüstanda əmək qanunvericiliyi və başqa məsələlərə diqqət yetirəcək.
Salome Zurabişvili Cenevrədə yerləşən beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirəcək.