Salome Zurabişvili - Buradan, Qoridən demək istəyirəm ki, biz sabah azad, birləşmiş güclü Avropa ölkəsi olacağıq
Salome Zurabişvili - Buradan, Qoridən demək istəyirəm ki, biz sabah azad, birləşmiş güclü Avropa ölkəsi olacağıq

Buradan, Qoridən demək istəyirəm ki, biz sabah azad, birləşmiş güclü Avropa ölkəsi olacağıq, – bu bəyanatı müstəqil prezident namizədi Salome Zurabişvili, Qoridə, seçicilərlə görüşdən sonra verdi.

Salome Zurabişvili Qoridə yenə bir daha avqust müharibəsi ilə bağlı öz mövqeyini bildirdi.

“Bu müharibədə kimin aqressor, kimin günahsız olduğuna beynəlxalq hüquq cavab verəcək, ancaq bizi maraqlandıran odur ki, ölkə daxilində nə baş verirdi. O zamanki iqtidar Rusiya aqresiyasının və provokasiyasının qarşısını almaq üçün nə etdi?

Bunları dediyimə görə mənlə mübahisə edirlər, halbuki bu mövzuda mübahisəlik heçnə yoxdur. Nəyə görə o vaxt ki iqtidar gənclərimizi Qori meydanına topladı, harda ki, hər an bombalanma təhlükəsi var idi?” – dedi Salome Zurabişvili.