Salome Zurabişvili - Bugün deyirlər ki, mən gürcü dilini bilmirəm, amma onlar unudurlar ki, mən Lavrovla gürcü dilində danışırdım
Bugün deyirlər ki, mən gürcü dilini bilmirəm, amma onlar unudurlar ki, mən Lavrovla gürcü dilində danışırdım, – bu barədə bəyanatı müstəqil prezident namizədi Salome Zurabişvili Xaşurili seçiciləri ilə görüş zamanı verdi.
“Mənim haqqımda çox şey uydurub, danışırlar. Gürcü dilini bilmədiyimi deyirlər. Mənim və övladlarımın gürcü dili möhtəşəm olmaya bilər, ancaq mən fəxr edirəm ki, biz gürcü dilində danışırıq” – dedi Salome Zurabişvili.
Salome Zurabişvilinin dediyinə görə, onu rasizmlə və ksenofobiya ilə ittiham edirlər, ancaq bütün bu iddialar kontekstdən çıxardılmış frazalara əsaslanır.
“Mənə Rusiya agenti də deyirlər. Hətta katolik dinimə belə lağlanırlar.
Bütün bunlarla yanaşı, müəyyən insan qrupları gəzib, mənim adımla Avropa və NATO-ya yanlış agitasiya aparır və hər yerdə deyir ki, güya onları mən göndərmişəm. Təəsüf ki, insanlar inanırlar və mənim pro-rus və Avropaya qarşı olduğumu zənn edirlər” – dedi Salome Zurabişvili.