Salome Zurabişvili -bu çətin günlərin keçəcəyini və müharibədən sonra Ukraynanın daha güclü və daha böyük cəsarətlə bərpa olunacağını bilirəm
Gürcüstan prezidenti Orbeliani sarayında ukraynalı qadın rəssamların əsərlərindən ibarət “Düşən səma” sərgisinə ev sahibliyi edib. Qeyd edildiyi üzrə, sərginin məqsədi gürcü xalqının Ukrayna ilə həmrəyliyini ifadə etmək və rəssamların özləri tərəfindən isə bu müharibəyə qarşı bir növ manifestdir.
“İlk sərgini burada, Orbeliani sarayında keçirmək bizim üçün böyük şərəfdir. Bilirəm ki, başqa qalereyalarda da müxtəlif sərgi-satışlar olacaq, lakin buradakı sərginin tam başqa mənası var. Bu məhz ölkəmizin və dövlətimizin təkcə sizə yönəlik deyil, ölkənizə, ölkənizin bu gün düşdüyü vəziyyətə yönəlik münasibətinin təcəssümüdür. Sizin burada olmağınız, bu sərginin keçirilməsi, bizim sizinlə olduğumuza və Avropa yolumuz adlanan bu ümumi istiqamətdə ölkənizin nə qədər ağır bədəl ödədiyini bildiyimizə dair bir bəyandır. Bu gün bu yolu birlikdə və mümkün qədər tez qət etmək heç vaxt olmadığı qədər mühümdür, çünki əsl təhlükəsizlik hər kəsin bir-birinin təhlükəsizliyinə əhəmiyyət verdiyi bir ailədə olduğunuz zaman həqiqətən əldə edilir. Bu bizim gələcəyimizdir. Bu çətin günlərin keçəcəyini və müharibədən sonra Ukraynanın daha güclü və daha böyük cəsarətlə bərpa olunacağını bilirəm”- deyə Gürcüstan prezidenti açıqlayıb.
Tədbirdə diplomatik korpusun nümayəndələri iştirak ediblər. Ukrayna səfiri vəzifəsinin icraçısı Andri Kasyanov gürcü xalqına bu faciəvi anda Ukraynaya kömək etdiyinə və Ukrayna mədəniyyətini dəstəklədiyinə görə təşəkkür edib.
“Ukrayna və Gürcüstana şöhrət, Ukrayna və Gürcüstanın suverenliyini qoruyan qəhrəmanlara şöhrət olsun, biz birlikdə qalib gələcəyik” – deyə Kasyanov bildirib.
Orbeliani sarayında Lyubov Duşina, Olqa Lisitska, İrina Viniçenko, Polina Balatsko, Eva Kojarinova, Anastasia Klimenko, Nika Xvorostenko, Natalia Kossinin əsərləri nümayiş etdirilib.
Məlumatı prezident administrasiyasının mətbuat xidməti yayıb.