Salome Zurabişvili - bu illər ərzində Gürcüstanın yanında olduğuna görə Latviyaya təşəkkür edirəm, Latviyanın güclü dəstəyi Gürcüstanın Avropaya inteqrasiya yolu üçün vacibdir
Gürcüstan Prezidenti Salome Zurabişvili Latviya Prezidenti Edqars Rinkeviç ilə görüşüb.
Zurabişvilinin sosial şəbəkədə yazdığı kimi, Avropa yolunun həlledici məqamında latviyalı həmkarı ilə əla görüş keçirib.
“Mən bu gün Avropa yolumuzun bu mühüm məqamında Latviya Prezidenti Edqars Rinkeviçslə əla görüş keçirdim. İllərlə Gürcüstanın yanında olduğuna görə Latviyaya təşəkkür edirəm. Qətiyyətli dəstəyiniz Gürcüstanın Avropaya inteqrasiyası üçün vacibdir”, – Zurabişvili yazıb.