Salome Zurabişvili bu gün parlamentdə illik hesabatla çıxış edəcək
Salome Zurabişvili bu gün parlamentdə illik hesabatla çıxış edəcək

 

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün parlamentdə illik hesabatla çıxış edəcək.

Prezidentin parlament katibi Qiorqi Msxiladzenin də bildirdiyi üzrə, Salome Zurabişvili məruzəsində ölkə qarşısında duran çağırışlar, eləcə də dövlətin atmalı olduğu addımlardan mütləq danışacaq.

“Əminəm ki, prezident çıxışında ölkəyə lazım olan məsələlərlə bağlı mesajlar verəcək və məsələlər irəli sürəcək”-deyə Qiorqi Msxiladze bildirib.

Bu, Salome Zurabişvilinin prezident səviyyəsində dördüncü illik hesabatı olacaq.