Salome Zurabişvili - bu gün Milad bayramını qeyd edən hər kəsi təbrik edirəm
Salome Zurabişvili - bu gün Milad bayramını qeyd edən hər kəsi təbrik edirəm

 

Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 25-də Milad bayramını qeyd edən vətəndaşları təbrik edir.

“Bu gün Milad bayramını qeyd edən hər kəsi təbrik edirəm!

Gürcüstanda dini icmaların çoxluğu və onların çoxəsrlik dinc birgəyaşayış ənənələri ölkəmiz üçün qürur mənbəyidir.

Gürcüstanın müxtəlif xristian kilsələrinin möminlərinin, cəmiyyətimizin vacib və layiqli hissəsinin Milad bayramını hər zaman müşayiət edən sevincinə və bayram əhval-ruhiyyəsinə qoşuluram.

Sizə cansağlığı, sevinc və rifah arzulayıram”- deyə prezidentin təbrikində deyilir.