Salome Zurabişvili - Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin hər bir əməkdaşını, dövlət qurumlarının təhlükəsizliyini qoruyanları təbrik edirəm
Gürcüstan Prezidenti Salome Zurabişvili Xüsusi Dövlət Mühafizə Xidmətini 29 illik yubiley münasibətilə təbrik edib.
“Xüsusi Dövlət Mühafizə Xidmətinin 29 yaşı var. Mən bu gün onun hər bir əməkdaşını, bu gün dövlətin xidmətində olan, dövlət qurumlarının təhlükəsizliyini qoruyanları təbrik edirəm.
Əməyinizi yüksək qiymətləndirirəm və xüsusi olaraq sadiq xidmətinizə görə təşəkkür edirəm!” – Salome Zurabişvili sosial şəbəkədə yazıb.