Salome Zurabişvili - bu altı ayda yanlış istiqamətdə qəbul ediləcək bütün qanunlara veto qoyacağam
Salome Zurabişvili - bu altı ayda yanlış istiqamətdə qəbul ediləcək bütün qanunlara veto qoyacağam

 

Bu altı ayda yanlış istiqamətdə qəbul ediləcək bütün qanunlara veto qoyacağam – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili təcili brifinqdə bildirib və qeyd edib ki, dinləmələrlə bağlı qanunlayihəyə veto qoyub.

Onun sözlərinə görə, bu, hüquqi vetodan daha çox siyasi vetodur.

“Mən bu gün veto hüququndan istifadə etdim. Bilirsiniz ki, mən veto hüququndan istifadə etmirdim, çünki hesab edirəm ki, bunun öhdəsindən gələcəyini bildiyin zaman institut üçün veto qoymaq lazım deyil, lakin bu gün dinləmələrlə bağlı, dinləmələri genişləndirən və belə ki, insan hüquqlarını məhdudlaşdıran qanunlayihəyə veto qoyuram. Mən ondan istifadə edirəm, çünki bu, razı olmadığımın işarəsi olmalıdır və belə qəbul edin. Bilirəm ki, bunun öhdəsindən gəlinəcək və bu mahiyyətcə onu dəyişməyəcək, lakin bu olacaq və bu altı ayda yanlış istiqamətdə qəbul edilən istənilən qanuna veto qoyacağam. Niyə veto qoyduğumu izah edəcəyəm. Bu, hüquqi vetodan daha çox siyasi vetodur, çünki bizdən bu istiqamətdə daha çox təminat verməyimizin, daha demokratik olmağımız , daha çox avropalı olmağımızın tələb olunduğunu göz önünə gətirərsək, bu günlərdə Gürcüstanda insan hüquqlarını daha da məhdudlaşdıran heç bir qanun qəbul oluna bilməz ” – deyə Salome Zurabişvili bildirib.