Salome Zurabişvili BMT qətnaməsi barəsində - qlobal həmrəylik belə görünür, Gürcüstan bu həmrəyliyin bir hissəsidir, biz Ukraynanın yanındayıq
Gürcüstan prezidenti, Salome Zurabişvili BMT Baş Assambleyasında Ukrayna bölgələrinin Rusiya tərəfindən aneksiyasını pisləyən qətnamənin qəbuluna sosial şəbəkə vasitəsilə əks səda verir.
“Qlobal həmrəylik belə görünür. Gürcüstan bu həmrəyliyin bir hissəsidir. Biz Ukraynanın yanındayıq”, – Salome Zurabişvili yazır.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının fövqəladə sessiyasında, Rusiyanın Ukraynanı aneksiyasını pisləyən qətnamə 5 əleyhinə 143 əleyhinə səsə qoyuldu. Qətnamənin əleyhinə Rusiya, Belarus, Şimali Koreya, Suriya və Nikaraqua səs verdi.
Gürcüstanın həmsponsoru olduğu sənəddə deyilir ki, “Donetsk, Xerson, Luqansk və Zaporojye bölgələri Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyini pozaraq, təcavüz nəticəsində Rusiya tərəfindən müvəqqəti işğal olunub”.