Salome Zurabişvili - birbaşa uçuşların bərpası və vija məhdudiyyətlərinin götürülməsi növbəti rus təxribatıdır
Salome Zurabişvili - birbaşa uçuşların bərpası və vija məhdudiyyətlərinin götürülməsi növbəti rus təxribatıdır

Gürcüstan prezidenti, Salome Zurabişvili Rusiya tərəfindən viza rejimininin ləğv edilməsini növbəti təxribat adlandırır.

Prezidentin bəyanatına görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və ərazimizin işğalı davam etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılması qəbuledilməzdir.

“Növbəti rus təxribatı. Rusiyanın Ukraynaya qarşı təcavüzü və ərazimizin işğalı davam etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərinin aradan qaldırılması qəbuledilməzdir”, – prezident yazır.

Bu gün Rusiya prezidenti, Vladimir Putin Gürcüstanla viza rejiminin ləğvini və birbaşa uçuşların bərpasını nəzərdə tutan fərmanlar verdi.