Salome Zurabişvili Bidzina İvanişviliyi Fəxri Legion Kavaleri titulu ilə təltif edilməsi münasibəti ilə təbrik etdi
Salome Zurabişvili Bidzina İvanişviliyi Fəxri Legion Kavaleri titulu ilə təltif edilməsi münasibəti ilə təbrik etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Bidzina İvanişviliyi Fəxri Legion Kavaleri titulu ilə təltif edilməsi münasibəti ilə təbrik etdi.

“Sizi təbrik edirəm, Fəxri Legion ordeni ilə təltif edilənlər arasına xoş gəldiniz. Sizin demokratiyaya, Gürcüstan-Fransa arasındaki münasibətlərin inkişafına qatqınız, mesenatlığınız və Tbilisidə Fransız məktəbinin açılmasındaki əməyiniz layiqli şəkildə dəyərləndirildi”, – yazır Salome Salome Zurabişvili öz “Tvitter” səhifəsində.

Xatırladaq ki, Fransa prezidenti Emanuel Makron Gürcüstanın sabiq baş naziri Bidzina İvanişviliyi Fəxri legion Kavaleri titulu ilə təltif etdi.