Salome Zurabişvili - beynəlxalq hüququn açıq şəkildə pozulmasını və zorla ilhaqı möhkəmlətmək üçün saxta referendumun rəsmiləşdirilməsinin legitimliyi və gələcəyi yoxdur
Salome Zurabişvili - beynəlxalq hüququn açıq şəkildə pozulmasını və zorla ilhaqı möhkəmlətmək üçün saxta referendumun rəsmiləşdirilməsinin legitimliyi və gələcəyi yoxdur

 

Beynəlxalq hüququn açıq şəkildə pozulmasını və zorla ilhaqı möhkəmlətmək üçün saxta referendumun rəsmiləşdirilməsinin legitimliyi və gələcəyi yoxdur – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.

Salome Zurabişvili Rusiya prezidenti Vladimir Putinin separatçı liderlərlə Xerson, Zaporojie, Donetsk və Luqanskın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “sazişlər” imzalamasına münasibət bildirir.

“Biz beynəlxalq hüququn belə kobud şəkildə pozulmasını rədd edirik və Ukraynanın ərazi bütövlüyünü tam dəstəklədiyimizi bir daha təsdiqləyirik” -deyə prezident yazır.