Salome Zurabişvili - beynəlxalq hüquq Gürcüstanın həqiqətini bir daha təsdiqlədi, ədalət həmişə qalib gəlir
Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkədə 2008-ci ilin müharibəsinə dair şikayət ərizəsi ilə bağlı Strasburq məhkəməsinin qərarına münasibət bildirib. Bu qərara əsasən Rusiya Gürcüstana təzminat şəklində 129 milyon avro ödəməlidir.
Zurabişvilinin qeyd etdiyi kimi, beynəlxalq hüquq Gürcüstanın həqiqətini bir daha təsdiqlədi.
“Daha bir həlledici qələbə – “Gürcüstan Rusiyaya qarşı”. Beynəlxalq hüquq Gürcüstanın həqiqətini bir daha təsdiqlədi. Ədalət həmişə qalib gəlir!”, – Zurabişvili yazıb.