Salome Zurabişvili - Beynəlxalq Əmək Təşkilatının Gürcüstanla əməkdaşlığı Moskvadan həyata keçirilməməlidir
Gürcüstan prezidenti Salome Zurabişvili Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüş zamanı, təşkilatın Gürcüstanla əməkdaşlığının Moskvadan həyata keçirilməməsi ilə bağlı məsələyi qaldırdı.
Salome Zurabişvili bəyan etdi ki, Gürcüstan Avropa İttifaqının Asosiasiyalı üzv statusuna sahibdir və artıq MDB ölkələri arasında deyil, bundan irəli gələrək də, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq prosesi Moskvadan həyata keçirilməməlidir.
Bu bəyanatı Salome Zurabişvili Cenevrədə, BMT-nin Əmək Konfransı başlayana qədər Beynəlxalq Əmək Təşkilatının direktoru Qai Raiderlə görüş zamanı verdi.