Salome Zurabişvili bəyan edir ki, Kvemo-Kartli regionunda gürcü dilli uşaq bağçaları açılmalıdır
Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edir ki, Kvemo-Kartli regionunda gürcü dilli uşaq bağçaları açılmalıdır.
“Mənim üçün bu bölqədə gürcü dilinin öyrənilməsi xüsusi ilə əhəmiyyətlidir. Bu regionun əhalisi gürcü dilini uşaq bağçalarından öyrənməlidir və burada açılan uşaq bağçaları gürcü dilli olmalıdır.
Hər birimiz yaxşı başa düşürük ki, bu ölkədə irəli gedib, müvəffəqiyyətə nail olmaq üçün və həmçinin, cəmiyyətə inteqrasiya olmaq üçün gürcü dilini bilməq mütləqdir.
Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili bugün Marneulidə idi.
Salome Zurabişvili Zurab Jvania adına Dövlət Administrasiyası məktəbinin regional mərkəzini və Tamarisi kəndinin məktəbini ziyarət etdi.