Salome Zurabişvili bəyan edir ki, dəvət təqdirində Ukraynaya getməyə hazırdır
Salome Zurabişvili bəyan edir ki, dəvət təqdirində Ukraynaya getməyə hazırdır

Gürcüstan prezidenti, Salome Zurabişvili bəyan edir ki, dəvət təqdirində Ukraynaya getməyə hazırdır.

Bu barədə Zurabişvili “Ukrainskaya pravdaya” verdiyi müsahibəsində bəyan etdi.

Jurbalist prezidentdən soruşdu ki, müharibə başlamasından sonra Ukraynaya nəyə görə səfər etmnəyib.

“Həmişə hazır idim və bu gün də hazıram. Beləliklə, əgər sözümü çatdırsanız, artıq sabah da yola düşə bilərəm” – prezident qeyd etdi.

Suala – “onun fikrincə, Vladimir Zelenski onu niyə dəvət etmədi”, – Salome Zurabişvili cavab verdi: “burada şəxsi bir şey yoxdur. Hesab edirəm ki, bu, indiki mərhələdə hakimiyyət dairələri arasında qeyri-qənaətbəxş münasibət kimi qələmə verdiyimiz şeydir. Buna görə, müəyyən baxımdan, mən bunun nəticələrini hiss edirəm və əminəm ki, belə bir imkanımız olacaq. Düşünürəm, Krım platformasında belə bir imkan yaranacaq”.