Salome Zurabişvili bayramı bu gün qeyd edən hər kəsin Pasxa Bayramını təbrik edir
Salome Zurabişvili bayramı bu gün qeyd edən hər kəsin Pasxa Bayramını təbrik edir

Gürcüstan prezidenti, Salome Zurabişvili bayramı bu gün qeyd edən hər kəsin Pasxa Bayramını təbrik edir.

“Bu gün Gürcüstanda və dünyada Xilaskarın Dirilməsini qeyd edən hər kəsi – katolikləri, erməni apostol və lüteran kilsələrini və onların möminlərini bu ən böyük xristian bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Tanrı sevgisinin, xeyirxahlığının əbədi qələbəsini və bəşəriyyət üçün yeni həyatın başlanğıcını təmsil edən bu gün möminlərin qəlblərini sevinclə doldurur. Sevincinizə qoşuluram, sülh, birlik, sağlamlıq və firavanlıq sizdən əksik olmasın”, – Zurabişvili sosial şəbəkədə yazır.