Salome Zurabişvili - baş nazir, hökumət, əksəriyyəti inanılmaz mətnlərlə, ritorika ilə çıxış edən üçlük, dördlük və digərlərindən özünü ayırmalıdır
Baş nazir, hökumət, əksəriyyəti inanılmaz mətnlərlə, ritorika ilə çıxış edən üçlük, dördlük və digərlərindən özünü ayırmalıdır – Gürcüstan prezidenti Salome Zurabişvili bu barədə bildirib.
Salome Zurabişvili baş nazirin Brüsselə səfəri zamanı Gürcüstan haqqında danışmalı və Gürcüstanla bağlı mövcud şübhələri aradan qaldırmalı olduğunu bildirib.
“İndi olduqca ciddi bir məqam başlayır. Bir həftəyə Assosiasiya Şurası keçiriləcək, adəti üzrə baş nazir təmsil olunacaq, dəvət ediləcək və bu, yaydakı tövsiyələrdən sonra ilk vacib görüş olacaq. Bir daha qeyd etməliyəm, bu 12 tövsiyə ilə bağlı heç olmasa ilkin müsahibənin olması üçün hakimiyyətdən, hökumətdən heç kimin Brüsselə səfər etməməsi mənə qəribə gəlir. Ola bilsin ki, hər şey bu formada məqbul, real deyil, bəlkə də nəyisə nəzərdən keçirmək lazımdır. Bilirəm ki, bu belə deyil və hər zaman istənilən məsələ barədə danışıqlar aparmaq olar. Bu, avropalı tərəfdaşlarımızla nəsə ciddi danışıqlar aparmaq üçün ilk fürsət olacaq. Bu məqamı əldən vermək olmaz. Baş nazir, hökumət və əksəriyyəti tərəfindən olduqca aydın addımlar atılasıdır və bu, elə bir zərurətdir ki, bundan artıq ola bilməz”- deyə Zurabişvili bildirib.
Prezident heç kimsənin Gürcüstanı müharibəyə cəlb etmək istəmədiyini, buna ehtiyac duymadığını və buna bənzər şeyləri uydurmağa ehtiyac olmadığını bildirib.
“İlk növbədə baş nazir, hökumət, əksəriyyəti inanılmaz mətnlərlə, ritorika ilə çıxış edən üçlük, dördlük və digərlərindən özünü ayırmalıdır. Biz bir tərəfdən Avropa perspektivini istəyə , digər tərəfdən isə amerikalı strateji tərəfdaşlarımızı, Avropa Komissiyasını təhqir edə, bizi müharibəyə cəlb etmək istədiklərini və bunun onların hədəfi olduğunu iddia edərək avropalıları və ya digər tərəfdaşları ittiham edə bilmərik. Bu qəti şəkildə deyilməlidir, heç kimsə bizi müharibəyə cəlb etmək istəmir və bu heç kimə lazım deyil. Bu, fikrimcə, sovet təbliğat maşınının sona çatmasından sonra heç kimin eşitmədiyi uydurma yalandır. Gəlin özümüzə gələk, bu cür şeyləri uydurmaq lazım deyil. Bilmirəm, kimsə bununla cəmiyyətin fikrini hər hansı formada dəyişəcəyini mi düşünür? Sanksiyalar, müharibə mövzusu ilə əlaqədar hər kəs üçün, eləcə də bizə kənardan baxanlar üçün anlaşılmaz olan şübhələri , yalanları, eləcə də ölkəmizə, etibarımıza mənfi təsir edən bütün bunları dağıtmağın məqamı yetişib. Bu, baş nazirin Brüsselə gedərkən üzərinə düşən öhdəlikdir”-deyə prezidenti qeyd edib.
Bununla yanaşı, Zurabişvilinin qeyd etdiyi üzrə, Gürcüstanın baş naziri Brüsseldə tərəfdaşlara Gürcüstanın Avropaya inteqrasiya yolunda qəti dayandığını sübut etməlidir.
“Baş nazirin üzərinə düşən öhdəliklərdən biri də planı təqdim etməkdir. Artıq bunu edəcəyik, onu edəcəyik deyə təqvimlərə zaman yoxdur, 12 tövsiyəni və ya tövsiyələrin əsas hissəsini hansı plan əsasında yerinə yetiririk?. Biz Gürcüstanın siyasi iradəsini necə göstərək ki, bu yola başlayaq və həqiqətən də sonunadək gedək. Gürcüstanın bu yolda ciddi şəkildə durmasını görmələri üçün bu onun Brüsseldə tərəfdaşlarımıza sübut edəcəyi şeydir. Başqa alternativ yoxdur”-deyə Zurabişvili bildirib.