Salome Zurabişvili - Avropaya inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı, Gürcüstan abxaz dilinin inkişafını ümumi Avropa mədəni gündəminin vacib mövzusuna çevirməlidir
Avropaya inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı, Gürcüstan abxaz dilinin inkişafını ümumi Avropa mədəni gündəminin vacib mövzusuna çevirməlidir- bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.
“Abxaz dilinin yox olmaq təhlükəsi ilə üzləşdiyi bu gün Abxaz Dili Günü hər şeydən əvvəl biz abxazlar və gürcülər üçün düşünmə günü olmalıdır, çünki abxaz dilini xilas etmədən abxazları xilas etmək mümkün deyil.
Bu gün bizi ayıran Enquri çayının şumer dilində yeraltı müdriklik çayı adlandırılması rəmzidir. Müdriklik bizi bir-birimizə daha da yaxınlaşdırmalıdır, müdrikliyin olmaması bizi fəlakətə sürüklədi və abxaz dili özünün çox minillik mövcudluğu dövründə ilk dəfə olaraq yox olmaq təhlükəsi ilə üzləşib.
Gürcüstan Avropaya inteqrasiyasını dərinləşdirməklə yanaşı, abxaz dilinin xilas edilməsini və inkişafını ümumi Avropa mədəni gündəminin vacib mövzusuna çevirməyi bacarmalıdır.
Ötən il Beynəlxalq Qafqaz Dilləri Gününün təsis edilməsi ilə bağlı “UNESCO”da qeyd etdiyim üzrə, Qafqaz dillərini, o cümlədən abxaz dilini xilas etmək yalnız beynəlxalq ictimaiyyətin iştirakı ilə mümkündür” – deyə Salome Zurabişvili bildirib.