Salome Zurabişvili Avropa Şurasının Prezidenti ilə 12 tövsiyənin icrası və islahatların həyata keçirilməsi məsələsini müzakirə edib
Salome Zurabişvili Avropa Şurasının Prezidenti ilə 12 tövsiyənin icrası və islahatların həyata keçirilməsi məsələsini müzakirə edib

 

Gürcüstan Prezidenti Salome Zurabişvili və Avropa Şurasının Prezidenti Şarl Mişel Gürcüstanın Avropa gələcəyini, 12 tövsiyə və islahatların həyata keçirilməsində mövcud çağırışları müzakirə ediblər.

Şarl Mişel Gürcüstanın Avropa yolunda irəliləməsi prosesində və partiya parçalanmalarının aradan qaldırılmasında Gürcüstan Prezidentinin rolunu müsbət qiymətləndirib.

Gürcüstan Prezidenti Avropa Şurasının Prezidentini Gürcüstana səfərə dəvət edib. Avropa Şurasının Prezidenti dəvəti qəbul edib və yaxın vaxtlarda səfərə hazır olduğunu bildirib.

Prezident Mişel Avropa Şurasının 2022-ci ilin iyununda Avropa perspektivinin verilməsi ilə bağlı tarixi qərarını yada salıb və Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğuna qəti inamını bir daha vurğulayıb.

Gürcüstan Prezidenti tərəfindən ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməsinin vacibliyi vurğulanıb. Prezident bir daha gürcü xalqının Avropa İttifaqına üzvlüklə bağlı qətiyyətli iradəsini ifadə edib.

Prezident Mişel komissiyanın payızda “genişləmə paketi” çərçivəsində Avropa Komissiyasının 12 tövsiyəsi üzrə hesabat hazırlayacağını qeyd edib, bundan sonra da prezident Mişel 2023-cü ilin son rübündə Avropa Şurasının gündəliyinə növbəti addımlar məsələsini salmağı planlaşdırır.

Prezident Mişel ədalət mühakiməsi islahatı, media azadlıqları, vətəndaş cəmiyyəti, deoliqarxizasiya və depolarizasiya ilə əlaqəli daha çox irəliləyişin olmasının vacibliyini vurğulayıb.

Məlumatı Gürcüstanın Prezident Administrasiyası yayır.