Salome Zurabişvili - Avropa Şurası Parlament Assambleyası ilə Gürcüstan arasında tərəfdaşlıq təkcə Gürcüstan üçün deyil, həm də dost ölkələrin ictimaiyyəti üçün böyük fayda verir
Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurasına işgüzar səfəri zamanı Parlament Assambleyasının fəxri qonaqlar kitabına ürək sözünü yazıb. Məlumatı Gürcüstanın Prezident Administrasiyası yayır.
“Gürcüstan prezidenti kimi tariximizin belə vacib məqamında yenidən Avropa Şurası Parlament Assambleyasını ziyarət etmək mənim üçün böyük şərəfdir.
Avropa Şurası Parlament Assambleyasının və Gürcüstanın əməkdaşlıq və tərəfdaşlığı zəngin tarixə malikdir, bu təkcə Gürcüstan üçün deyil, həm də ümumi məqsəd uğrunda birgə işləyən dost ölkələrin ictimaiyyəti üçün böyük fayda verir.
Gürcü xalqı adından Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə uğurlar arzulayıram və tərəfdaşlığımızı uzun illər ərzində davam etdirəcəyimizə ümid edirəm”- deyə qeyddə deyilir.
Salome Zurabişvili Strasburqda Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks ilə görüşüb.