Salome Zurabişvili avqust müharibəsi zamanı Poti dəniz limanında həlak olmuş dənizçilərin xatirə abidəsini güllərlə bəzəyib
Gürcüstan prezidenti Salome Zurabişvili 2008-ci ilin avqust müharibəsi zamanı Poti dəniz limanında həlak olmuş dənizçilərin xatirə abidəsini güllərlə bəzəyib və onların xatirəsini ehtiramla yad edib.
“Poti limanındakı bu abidə 2008-ci ilin müharibəsinin bu çox ağır epizodunu xatırlamaq üçün bir yerdir. Bu gün həm də Gürcüstanın milli qəhrəmanı Qiorqi Andzuxelidzenin doğum günüdür və istərdim ki, biz bu qəhrəmanları və 2008-ci ilin müharibəsində Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların hamısını yad edək. Bunlar unutmamalı olduğumuz tarixlərdir”- deyə Gürcüstan prezidenti bildirib.