Salome Zurabişvili ATƏT-in fəaliyyətdə olan sədri , Şimali Makedoniyanın xarici işlər naziri Buiar Osman ilə görüşüb
Salome Zurabişvili ATƏT-in fəaliyyətdə olan sədri , Şimali Makedoniyanın xarici işlər naziri Buiar Osman ilə görüşüb

 

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün ATƏT-in fəaliyyətdə olan sədri , Şimali Makedoniyanın xarici işlər naziri Buiar Osman ilə regionun və Avropanın təhlükəsizliyi kontekstində regiondakı cari hadisələri və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti müzakirə edib. Bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayır.

Qurumdan verilmiş məlumatda görüşdə regionun və Avropanın təhlükəsizliyinə çağırış kimi Ukraynadakı müharibəyə toxunulub, Qafqaz regionunda sülhün bərqərar olmasının vacibliyi vurğulanıb.

“Gürcüstan Prezidenti ATƏT-in fəaliyyətdə olan sədrinə Gürcüstanın işğal olunmuş ərazilərində insan hüquqları və humanitar istiqamətdə yaranmış vəziyyət barədə məlumat verib.

Gürcüstan Prezidenti ATƏT-ə məhsuldar əməkdaşlığa, o cümlədən demokratiyanın möhkəmləndirilməsi, mühüm islahatların aparılması baxımından ATƏT-in verdiyi dəstəyə görə təşəkkürünü bildirib ki, bu da ölkənin indi namizədliyi gözləməsi fonunda Gürcüstanın Avropaya inteqrasiya prosesi üçün olduqca aktualdır.

ATƏT-in fəaliyyətdə olan sədri ölkəyə institusional islahatlar baxımdan dəstəyi daha da gücləndirməyə hazır olduğunu bildirib” -deyə Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.