Salome Zurabişvili ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti ilə regionda sülh və təhlükəsizliyin gücləndirilməsinin vacibliyinə dair məsələləri müzakirə edib
Salome Zurabişvili ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti ilə regionda sülh və təhlükəsizliyin gücləndirilməsinin vacibliyinə dair məsələləri müzakirə edib

 
Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu gün Orbelianebi sarayında keçirilən görüşdə Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verməsinin əhəmiyyətinə və bu yolda demokratik proseslərin davamlı olaraq gücləndirilməsinə toxunulub.

“Prezident işğal olunmuş ərazilərdəki ağır humanitar vəziyyətlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib. Bu kontekstdə işğal olunmuş ərazilərdə yaşayan əhali üçün inkişaf imkanı olaraq ölkənin Avropa gələcəyinə toxunulub.

Görüşdə həmçinin regionda sülhün və təhlükəsizliyin gücləndirilməsinin vacibliyinə dair məsələlər və bu baxımdan Qara dənizin təhlükəsizliyinin gücləndirilməsi və regionun sabitliyinin möhkəmləndirilməsi üçün Avropa institutlarının cəlb edilməsi müzakirə olunub” -deyə prezidentin mətbuat xidmətinin məlumatında deyilir.