Salome Zurabişvili - Angela Merkel yada saldı ki, işğal xəttinin yanına getmişdi və oradan çox ağır əhval-ruhiyə ilə qayıtdı
Salome Zurabişvili - Angela Merkel yada saldı ki, işğal xəttinin yanına getmişdi və oradan çox ağır əhval-ruhiyə ilə qayıtdı

“Artıq partnyorlarımızdan daha çox şey tələb etmənin vaxtı gəldi və onlar da öz imkanlarından istifadə etməlidirlər”, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Almaniyanın kansleri Angela Merkel ilə görüşdən sonra verdi.

Onun dediyinə görə, o kanslerə dedi ki, Gürcüstanın qərbli dostları Rusiyaya təzyiq göstərməlidirlər ki, o öz pozisiyasını dəyişsin.

Angela Merkel Salome Zurabişviliyi Almaniyanın federal kanselyariyasında qəbul etdi.

Merkel ilə görüşü haqqında Salome Zurabişvili sosiyal şəbəkədə də yazıb ki, görüş yaxşı keçdi.

Gürcüstan prezidenti rəsmi səfərlə Almaniyadadır.

Merkel ilə görüşdən əvvəl Salome Zurabişvili Almaniya Federal Respublikasının prezidenti Frank Valter-Ştainmayer ilə görüşdü.