Salome Zurabişvili - Ana dilimiz bizim identliyimizin dayanacağıdır
Salome Zurabişvili - Ana dilimiz bizim identliyimizin dayanacağıdır

Gürcüstan prezidenti Salome Zurabişvili bugün “Dövlət dili Gürcüstanda inteqrasiya və insan kapitalının inkişafı üçün” adlı konfransı açdı.

Konfransda Salome Zurabişvili dövlət dilinin rolu, onun qarşısındaki çağırışlar, abxaz dilinin qorunması və milli azlıqların tam inteqrasiyası üçün dövlət dilinin öyrənilməsi zərurəti haqqında danışdı.

“Dövlət dilinin qorunması bizim konstitusiya öhdəliyimizdir. Bu böyük məsuliyyət və eyni zamanda, böyük qürurdur. Dövlət dili olmasa, heç bir vahid dövlət mövcud ola bilməz. Dil olmadan mədəniyyət də ola bilməz. Dövlət dili ictimaiyyəti birləşdirən dildir” – dedi Salome Zurabişvili.

Prezident milli azlıqların inteqrasiya prosesində dövlət dilinin öyrənilməsinin böyük zərurəti haqqında danışdı və qeyd etdi ki, eyni zamanda, dövlət əlindən gələni edir ki, milli azlıqlar öz adət-ənənələrini və ana dillərini itirməsinlər.