Salome Zurabişvili - Amerikalı tərəfdaşlara qarşı ittihamlar müdafiə qüvvələrimizin gücləndirilməsinə əsaslanan strateji tərəfdaşlığı təhdid edir
Amerikalı tərəfdaşlara qarşı irəli sürülən ittihamlar nəticəsində müdafiə qüvvələrimizin gücləndirilməsinə və NATO-nun standartlarına keçirməyə əsaslanan strateji tərəfdaşlığımızı təhdid edirlər, – bu barədə Gürcüstanın prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.
Salome Zurabişvili ABŞ-ın Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanata münasibət bildirir, bəyanata əsasən, ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsi çərçivəsində ABŞ Gürcüstanda keçiriləcək “Layiqli tərəfdaş” təlimini qeyri-müəyyən müddətə təxirə salacaq.
Prezidentin qeyd etdiyi kimi, onlar zəifləmiş və təcrid olunmuş Gürcüstana daha çox böyük təhlükə yaradırlar.
“Avropa yolunu rus qanununu qəbul edərək, amerikalı tərəfdaşları təhqir edərək təhlükə altına atdılar və onlara qarşı irəli sürülən ittihamlar (ikinci cəbhə və ya çevriliş) nəticəsində indi müdafiə qüvvələrimizi gücləndirmək və onları NATO standartlarına keçirmək üzərində qurulan strateji tərəfdaşlığımızı təhdid edirlər. Onlar buna Gürcüstanın maraqları deyirlər…Bu zaman onlar zəifləmiş və təcrid olunmuş Gürcüstana daha böyük təhlükə yaradırlar,” – Salome Zurabişvili yazır.