Salome Zurabişvili - Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə qınayıram, bu, ikitərəfli münasibətlərin və beynəlxalq hüquq prinsiplərinin yolverilməz pozuntusudur
Gürcüstan prezidenti Salome Zurabişvili Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qınayır. Bu barədə Salome Zurabişvili sosial şəbəkədə yazır.
“Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə qınayıram. Bu, Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunun, ikitərəfli münasibətlərimizin və beynəlxalq hüququn prinsiplərinin yolverilməz pozuntusudur” – deyə Salome Zurabişvili yazır.
Məlum olduğu üzrə, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün işğal olunmuş Abxaziyaya səfər edərək işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjania ilə görüşüb.
Bununla yanaşı, bu gün Gürcüstan Xarici İşlər Nazirliyi Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar Belarus tərəfindən əlavə izahat tələb edib və Belarusun Gürcüstandakı səfiri Anatoli Lisi etiraz əlaməti olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.