Salome Zurabişvili aksiya iştirakçılarına müraciət edib- buraya tökülüşübsünüz, maraqlıdır, haqqımda şayiələr yayanlar 2007-ci ildə harada idilər, Mişanın qərargahında və ya “Kartu Bank”da özlərinə yer etmişdilər
Gürcüstan Prezidenti Salome Zurabişvili iqamətgahın həyətindən aksiya iştirakçılarına müraciət edib.
“Əfv edib-etməyəcəyimi sizə deməyəcəyəm. Mənə olduqca maraqlıdır, əvvəlcə mənim bir neçə sualım var – kimlərinsə yaydığı şayiələrlə buraya tökülüşübsünüz, maraqlıdır, mənim haqqımda yaratdıqları şayiələri yayan o insanlar 2007-ci ildə harada idilər? Mişanın vaxtında faciələr olarkən harada idilər? Harada olduqlarını mən deyim -ya Mişanın qərargahında idilər, ya da müxtəlif vəzifələrdə , ya da “Kartu Bank”da yaxşıca özlərinə yer etmişdilər. Sən demə nəyi, nə vaxt və niyə edəcəyimi bilirlər.
Murusidzeni, Chinchaladzeni mən mi əfv etdim? Bu yerlərə onları mən mi təyin etdim ? Bu əfv deyil mi?”-deyə Salome Zurabişvili açıqlayıb.
Prezidentin bu bəyanatı aksiyada səs-küyə səbəb olub, bundan sonra Salome Zurabişvili artıq ona qulaq asmadıqlarını qeyd edib və çıxışını dayandırıb.