Salome Zurabişvili axondroplaziya diaqnozu qoyulmuş uşaqların valideynləri ilə görüşüb
Gürcüstan Prezidenti Salome Zurabişvili ilə axondroplaziya diaqnozu qoyulmuş uşaqların valideynlərinin görüşü başa çatıb.
Valideynlərin prezidentlə görüşdən sonra qeyd etdiyi kimi, Salome Zurabişvili onlara maksimal şəkildə kömək edəcək.
Valideynlər prezidentin dərmanın təhlükəsizliyi ilə bağlı maarifləndirmə prosesinə qoşulacağını, həmçinin dərmanın idxalı prosesinin sürətləndirilməsində onlara kömək edəcəyini deyirlər.
“Prezident dəstəyini ifadə etdi. Bu sindromdan tam xəbərdar olması, həkimlərlə konsultasiya aparması və dərmanlarla bağlı bizi hazırlıqlı qarşılaması olduqca xoşdur. Bu il yarım ərzində nələrdən keçdiyimiz və problemimizin nə olduğu, nəyə görə tələsdiyimizə dair bizim hekayəmizi də dinlədi. Baş nazirin büdcədə pul olduğunu qeyd etməsindən irəli gələrək, logistik cəhətdən, nə lazımdırsa – həkimlərin hazırlıqdan keçməsi, götürək məlumatların yoxlanılması, onların həqiqətən lisenziyalı olub-olmaması, sənədlərin təsdiqlənməsi kimi protokol müstəvisində prosesi sürətləndirməyə kömək edəcəyini dedi. Prezident büdcədə bunun üçün vəsaitin olmasından böyük məmnunluğunu ifadə etdi və bizə hər cür kömək etməyə hazırdır”- deyə valideynlərdən biri Makuna Qochiaşvili açıqlayıb.
Valideynlər il yarım əvvəl prezidentə görüş tələbi ilə əlaqədar məktub göndərdiklərini, bu gün isə görüşlə bağlı yenidən Salome Zurabişviliyə müraciət etdiklərini, bundan sonra da Prezident Administrasiyasının nümayəndələrinin onlarla əlaqə saxladıqlarını bildiriblər.