Salome Zurabişvili Aİ-yə inteqrasiya üzrə dövlət naziri postunun yaradılması təşəbbüsü ilə çıxış edir
Müxalifətdən seçilə biləcək Aİ-yə inteqrasiya üzrə dövlət naziri postunun və idarənin dərhal yaradılmasını təklif edirəm-bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə bildirib.
O, həmçinin hökuməti müxalifət spektrinin iştirakı ilə bütün həssas məsələlərin müzakirə olunacağı Təhlükəsizlik Şurasının genişləndirilmiş və ya digər formatını yaratmağa çağırıb.
” O, digər namizəd ölkələr halında olduğu kimi, üzvlük tələblərinin dərhal yerinə yetirilməsini təmin etmək üçün koordinasiyanı həyata keçirəcək. Mən hökuməti müxalifət spektrinin iştirakı ilə bütün həssas məsələlərin müzakirə olunacağı Təhlükəsizlik Şurasının genişləndirilmiş və ya digər formatı yaratmağa çağırıram”-deyə Salome Zurabişvili bildirib.