Salome Zurabişvili Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Şarl Frie ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Salome Zurabişvili Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Şarl Frie ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Ümumi Təhlükəsizlik, Müdafiə Siyasəti və Böhrana Cavab Məsələlərində Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Şarl Frie ilə Gürcüstan-Avropa İttifaqı münasibətlərini və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Prezidentin mətbuat xidmətinin məlumatında Orbeliani sarayında keçirilən görüşdə prezidentin Avropa İttifaqının regionda sülhün və təhlükəsizliyin təmin edilməsi məsələsində iştirakını alqışladığı deyilir; Qeyd olunub ki, Aİ-nin Monitorinq Missiyasının fəaliyyəti regionun təhlükəsizliyi üçün son dərəcə vacibdir.

Verilən məlumatda Ukraynada davam edən müharibəyə toxunulduğu deyilir. Prezident rus təcavüzünü, mülki əhaliyə və enerji infrastrukturuna hücumları pisləyib.

“Gürcüstan prezidentinin qeyd etdiyi kimi, bu müharibə Rusiyanın qonşusu olan Ukraynanın qələbəsi ilə başa çatdıqda bütün kiçik ölkələrin təhlükəsizliyi təmin edilməlidir ki, Rusiyaya yenidən öz imperialist məqsədlərini həyata keçirməyə imkan verilməsin.

Avropa İttifaqının nümayəndəsi Gürcüstan hökumətinin işğal olunmuş ərazilərlə bağlı həyata keçirdiyi humanitar siyasəti müsbət qiymətləndirib.

Görüş zamanı Avropa Komissiyasının 12 bəndlik tövsiyələrinin icrası prosesinə toxunulub və Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, islahatlar prosesi davam etdirilməli və əhatəli olmalıdır.

Avropa İttifaqı ilə birgə layihələrin əhəmiyyəti vurğulanıb və Avropa İttifaqı ilə infrastruktur və enerji layihələrinin həyata keçirilməsində Gürcüstanın rolunun və imkanlarının daha da artdığı qeyd olunub”-deyə Prezidentin mətbuat xidmətinin məlumatında qeyd olunub.