Salome Zurabişvili - Aİ-dən sorğu anketi almaq yeni şansdır, əhali, partiyalar, hamımız birləşməliyik, bu milli maraqdır, əminəm biz bunu bacarırıq
Salome Zurabişvili - Aİ-dən sorğu anketi almaq yeni şansdır, əhali, partiyalar, hamımız birləşməliyik, bu milli maraqdır, əminəm biz bunu bacarırıq

 

Bu gün Gürcüstan tarixində ən əlamətdar günlərdən biridir. Biz bu gün Avropa İttifaqından yəqin ki, hələ bir neçə il gözləmədiyimiz sorğunu aldıq -bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Aİ-yə üzvlük müraciəti ilə bağlı sorğu anketinin verilməsinə dair bu gün keçirilən brifinqdə bildirib.

Zurabişvilinin sözlərinə görə, bu, Gürcüstan üçün yeni, heyrətamiz şansdır.

“Bunun üçün bütün Aİ-yə üzv dövlətlərə və Aİ rəhbərliyinə, Avropa Komissiyasına və Avropa Şurasına təşəkkür etməliyik, lakin Ukraynaya və Ukraynanın mübarizəsinə daha çox təşəkkür etməliyik. Ukraynanın bu fədakar mübarizəsi olmasaydı, bəlkə də bu gün gəlməzdi, istənilən halda bu qədər tez gəlməzdi və bu günün nə vaxt gələcəyini heç kim deyə bilməzdi. Aİ bu faciəli vəziyyəti nəzərə alaraq, bu prosesi sürətləndirmək və onu bürokratikdən daha çox siyasiləşdirmək qərarını verdi. Brüsseldə olarkən eşitdiklərim bu idi və sonra reallığa çevrildi. Bu gün Ukraynaya, Moldova və Gürcüstana bu sorğu anketinin verildiyini görürük” -deyə Salome Zurabişvili bildirib.

Onun sözlərinə görə, bu, təkcə sorğu anketi deyil, həm də ölkəmiz üçün böyük məsuliyyətdir.

“Bu, sadəcə sorğu anketi , ona hə və yox cavabının yazılması deyil. Bu, ölkəmiz üçün çox böyük məsuliyyətdir, biz hamımız bu gün gələcək nəsil qarşısında məsuliyyət daşıyırıq. Biz ya bu çağırışın öhdəsindən gələcəyik, ya da bacarmayacağıq. Bu, tamamilə bizdən asılıdır, başqa heç kimdən deyil. Bundan irəli gələrək, bunun üçün bütün qüvvələr səfərbər olunmalıdır. Bu, hər hansı bir qrupun qərarı və səyi ilə həll oluna bilməyən məsələdir. Əgər nəyəsə milli deyiriksə, məhz bu milli işdir, milli mənafedir və ilk müstəqillik əldə etdiyimizdən, əcdadlarımızın arzusunda olduğu belə böyük milli işdə , bu məsələyə yönəlik birləşən bütün Gürcüstan xalqı olsun, istərsədə kimin nə etməsi, kimin digərini günahlandırmasından asılı olmayaraq siyasi spektr olsun hamımızın birləşə bilməyəcəyini təsəvvür belə etməzdim. Burada gələcəyimiz tərəzinin gözündədir və biz bu qısa müddət ərzində anketə necə cavab vermək istədiyimizə qərar veririk.

Bu anket Gürcüstan haqqındadır, bu gün necədir, hansı problemlər və nailiyyətlər var. Bu əslində nəticədir. Sırağagün buraya toplaşmışdıq, dövlətçilik baxımından 9 aprel Müstəqillik Aktının bir daha yad edilməsi günü idi. Bu 31 il bu günə gəlib çatmağımız üçün idi və bu günə tam, sadəcə ciddiliklə deyil, tam yekdilliklə yanaşmamağa haqqımız yoxdur. Bunun ətrafında birləşməyənlər Gürcüstan ətrafında birləşməyiblər. O, Gürcüstanın gələcəyinə inanmır. Ona görə də mən şəhərdə və ya kənddə hamıya, əhaliyə, siyasi partiyalara müraciət etmək istəyirəm, hamımız birləşməliyik, bu, milli razılıqdır, bu məqsəd ətrafında milli maraqdır və əminəm biz bunu bacaracağıq” – deyə Salome Zurabişvili bildirib.

Gürcüstana Aİ-yə üzvlük müraciəti ilə bağlı sorğu anket təqdim edilib. Anketin təhvil-təslim mərasimi Lüksemburqda keçirilib. Anket Gürcüstanla birlikdə Moldovaya da verilib.