Salome Zurabişvili - 2021-ci ilin Avropa Basketbol Çempionatına ev sahibliyi edərək, Gürcüstan Avropaya gedir, Avropa isə, Gürcüstana gəlir
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın 2021-ci ilin Avropa Basketbol çempionatına ev sahibliyi etmək haqqını qazanması ilə bağlı keçirilən tədbirdə çıxış etdi və basketbolçuları və basketbol pərəstişkarlarını bu böyük nailiyyətə görə təbrik etdi.
Prezidentin bəyanatına görə, Münxendə qəbul edilən bu qərar çox önəmlidir, çünki onun əsasında Gürcüstan İtaliya və Çexiya ilə bərabər FİFA-nın bir neçə oyununa da ev sahibliyi edəcək.
“Beləliklə, Avropa Gürcüstana gəlir, Gürcüstan da Avropaya. Bu qərar veriləndə mən də Münxendə idim və bununla fəxr edirəm. Bu gürcü basketbolçularının və Basketbol Federasiyasının qələbəsidir” – dedi Salome Zurabişvili.
Tədbirdə baş nazir Mamuka Baxtadze, Təhsil, Elm və İdman Naziri Mixeil Batiaşvili, Tbilisinin meri Kaxa Kaladze, Basketbol Federasiyasının rəhbəri və milli komandanın üzvləri iştirak edirdilər.