Salome Zurabişvili - 16 ildir Gürcüstanda yaşayıram və gürcü dilimi iki ay öncə tənqid etməyə başladılar, ancaq bu problem deyil, çünki Vaira Vike-Fraiberqayı misal gətirmək olar
“Doiçe Velle”-nin rus dilli xidməti Gürcüstanın müstəqil prezident namizədi Salome Zurabişvili ilə müsahibəyi yayır.
Jurnalist Jana Nemtsova seçkilərdən sonra yayılan eqzit-polların fərqlənən nəticələri haqqında sual verdi. Buna cavab olaraq isə, prezident namizədi bəyan etdi ki, sosioloji tədqiqatlar hər zaman ictimai fikrin manipulyasiya vasitəsi olub.
Bidzina İvanişvili tərəfindən yönətilib-yönətilmədiyi haqqında suala isə, Salome Zurabişvili bəyan etdi, o hər zaman müstəqil olub.
“Həyatım boyu məni kimsə yönətib, idarə etməyib. Sadəcə mən və prinsiplərim olub. İvanişvili ilə arazımda hər hansı bir şərtlər haqqında razılaşma olmayıb” – dedi Salome Zurabişvili.
Salome Zurabişvili hesab edir ki, Mixeil Saakaşvilinin ölkəyi tərk etməsindən sonra, Gürcüstan daha demokratik bir ölkə olub.
“Doiçe Velle”-nin jurnalisti Jana Nemtsova Salome Zurabişviliyə ikinci turda qalib gəldikdən sonra, Rusiyaya gedib, Vladimer Putin ilə görüşməyi düşünüb-düşünmədiyi haqqında sual verdi.
“Mən düşünürəm ki, Rusiya ilə birmənalı şəkildə münasibətləri düzəltmək mümkün deyil, çünki Rusiya buna doğru heç bir addım atmır. İşğal altında olan ərazilərdə baş verən hadisələr də Rusiyanın hərəkətsizliyinin nəticəsidir” – dedi Salome Zurabişvili.
Gürcü dilindəki problemlər və aksentinə gəlincə isə, Salome Zurabişvili bəyan etdi ki, belə bir broblemlə Latviyanın prezidenti Vaira-Vike Fraiberqayı misal gətirmək olar.
“16 ildir Gürcüstanda yaşayıram və gürcü dilimi iki ay öncə tənqid etməyə başladılar, ancaq bu problem deyil, çünki belə bir problemli prezident olaraq, Vaira Vike-Fraiberqayı misal gətirmək olar” – dedi salome Zurabişvili.