Gürcüstan prezidenti Salome Zurabişvili bu gün 11 məhkumu əfv edib.
Məlumatı prezident administrasiyası yayır.
Administrasiya tərəfindən verilmiş məlumatda, 10 məhkumun qətimkan tədbiri olaraq müəyyən edilmiş cəzanın penitensiar müəssisədə çəkilməsinin davam etdirilməsindən azad edildiyi, bir nəfərin isə geridə qalan cəza müddətinin azaldığı deyilir.
Prezident administrasiyasının məlumatında, əfv olunanlardan birinin qadın məhkum olduğu deyilir.