Salome Zurabişvili - Əraziləri işğal olunmuş Gürcüstan üçün Ukraynanın Milli Birlik Günü mövcud çağırışlar fonunda xüsusi əhəmiyyət kəsb edir, biz Ukraynanın yanındayıq
Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Gürcüstan Ukraynanın yanındadır.
Salome Zurabişvili öz Twitter səhifəsində yazır ki, Ukraynanın Milli Birlik Günü ağır çağırışlar fonunda əraziləri işğal olunmuş Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir.
“Əraziləri işğal olunmuş bir ölkə kimi Gürcüstan üçün Ukraynanın Milli Birlik Günü mövcud çətin çağırışlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Biz Ukraynanın yanındayıq”, – Salome Zurabişvili yazır.