Salome Samadaşvili - tələb edirik Qomelauri vəzifəsini tərk etsin, ona bu çağırışla da müraciət edəcəyik, bir çox kəskin sualımız olacaq
Salome Samadaşvili - tələb edirik Qomelauri vəzifəsini tərk etsin, ona bu çağırışla da müraciət edəcəyik, bir çox kəskin sualımız olacaq

Müxalifətçi deputat, Salome Samadaşvilinin dəyərləndirməsinə görə, ictimaiyyətdə hamı razılaşır ki, Vaxtanq Qomelauri 5 iyulda baş verənlərə məsuliyyət daşıyır.

Elə onun dediyinə görə, Qomelauri vəzifəsini tərk etməlidir.

“Mənim üçün və düşünürəm, bizim ictimaiyyətdə insanların əksəriyyəti üçün şübhəsizdir ki, Qomelauri tutduğu vəzifəni tərk etməlidir. Bu dinləmədə məhz elə buna görə iştirak edirik ki, bir daha, çox açıqca göstərək ki, Qomelauri 5 iyulda 53 jurnalistin xəsarət almasında ne ə bir başa məsuliyyət daşıyır və öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmədi.

Görürük ki, polis, müdafiə qüvvələrinin təşkilində çətinlik çəkmirlər, məsələn “Gürcü Arzusunun” boş ofisini və ya başqa dövlət müəssisəsini müdafiə edərkən. Buna görə, bu gün çox kəskin müzakirə olacaq. Tələb edirik Qomelauri vəzifəsini tərk etsin, ona bu çağırışla da müraciət edəcəyik, bir çox kəskin, konkret sual-cavabımız olacaq”, – Salome Samadaşvili bəyan etdi.

Son zamanlar inkişaf edən hadisələr, o cümlədən prayd həftəliyi çərçivəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərlə bağlı deputatlar bu gün Daxili İşlər naziri, Vaxtanq Qomelaurini dinləyəcəklər.