Salome Samadaşvili - təəssüflər ki, "Milli Hərəkat" Avropa İttifaqının mediasiyası ilə nail olunan razılaşmaya imza atmadı, lakin baxaq, ola bilsin, bu qərara da gələcəkdə yenidən baxsınlar
Salome Samadaşvili - təəssüflər ki, "Milli Hərəkat" Avropa İttifaqının mediasiyası ilə nail olunan razılaşmaya imza atmadı, lakin baxaq, ola bilsin, bu qərara da gələcəkdə yenidən baxsınlar

İnanıram ki, Parlamentdə seçicinin mandat verdiyi bütün deputatlar təqdim olunmalıdılar, – bu barədə “Lelo” fraksiyasının üzvü, Salome Samadaşvili bəyan etdi.

Elə onun dediyinə görə, “Milli Hərəkat” tərəfindən Parlamentə daxil olmaq qərarı düzgün idi.

“Mən düşünürəm ki, düzgün qərar qəbul olundu, çünki inadıram ki, Parlamentdə seçicinin mandat verdiyi bütün deputatlar təqdim olunmalıdılar və aydındır ki, “Milli Hərəkat” onlar sırasındadır. Beləliklə, düzgün qərardır. Təəssüflər olsun ki, onlar Avropa İttifaqının mediasiyası ilə nail olunan razılaşmaya imza atmadı, lakin baxaq, ola bilsin, bu qərara da gələcəkdə yenidən baxsınlar. Hələlik bilmirik, yekun olaraq necə formalaşacaqlar, çünki bildiyimiz qədər daxil olmağı da planlaşdırmırdılar və yekunda qərar verdilər ki, fəaliyyətlərini Parlamentdə davam etdirsinlər”, – Samadaşvili bəyan etdi.

“Milli Hərəkat” partiyası Parlamentə daxil olur. Bu barədə qərarı partiya siyasi şurasının bu günki iclasında qəbul etdi. Bununla yanaşı, parlamentə daxil olmağa baxmayaraq, “Milli Hərəkatın” sədri, Nika Meliyanın açıqlamasına görə, Şarl Mişel tərəfindən təqdim edilən sənədə imza atmırlar.