Salome Samadaşvili - müxalifət sabah Parlamentdə qeydiyyatdan keçəcək, nəticədə Giorgi Ruruanın əfv olunması şəklində addım atılacaq, amnistiya qanunlayihəsi üzrə məsləhətləşmələr davam etdiriləcək
Salome Samadaşvili - müxalifət sabah Parlamentdə qeydiyyatdan keçəcək, nəticədə Giorgi Ruruanın əfv olunması şəklində addım atılacaq, amnistiya qanunlayihəsi üzrə məsləhətləşmələr davam etdiriləcək

Bu amnistiya insanlara qəsdən ağır xəsarət yetirməyə məsuliyyət daşıyan insanlara aid ola bilməz və müvafiq olaraq, nə də o insanları müdafiə edə bilməz, kim də bu əmri verdi. Xəsarət alan insanlar, bu amnistiya nəticəsində, bu insanların xəsarət almasına məsuliyyət daşıyanlar müdafiə oluna bilməzlər, – bu barədə “Milli Hərəkatın” üzvü, Salome Samadaşvili bəyan etdi.

Salome Samadaşvilinin deiyinə görə, “Gürcü Arzusu” da eyni mövqedədir.

“Hüquqi texnikaya gəldikdə, yekun olaraq amnistiya haqqında qanunlayihə necə yazılacaq, bu barədə söhbəti sabah davam etdirəcəyik. Sabah razılaşmanın yerinə yetirilməsi başlayır. Müxalifət sabah Parlamentdə qeydiyyatdan keçəcək, nəticədə Giorgi Ruruanın əfv olunması şəklində ilk addım atılacaq. Aamnistiya qanunlayihəsinə gəldikdə, bunun üzrə məsləhətləşmələr sabah davam etdiriləcək. Biz Nikanın mövqeyi ilə rqazılaşır və hörmət edirik. Müzakirəmiz olacaq və baxaq, hadisələr necə inkişaf edəcək”, – Samadaşvili bəyan etdi.