Salome Samadaşvili - Müxalifət birliyinin qorunması vacibdir və bununla bağlı bir təhlükə gözləmirik
Salome Samadaşvili - Müxalifət birliyinin qorunması vacibdir və bununla bağlı bir təhlükə gözləmirik

Müxalifət birgə formatda danışıqlara davam edir. Hərhansı bir siyasətçinin mövqeyini dəyişməsi bütün prosesi dəyişə bilməz və müxalifətin bir olduğu reallığını dəyişdirə bilməz, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Salome Samadaşvili verdi.

Onun dediyinə görə, müxalifət birliyi üçün heç bir təhlükə yaranmayıb.

“Müxalifət birliyinin qorunması vacibdir və bununla bağlı bir təhlükə gözləmirik. Mən inanmıram ki, iqtidar bu danışıqlarda nəyəsə qərar verib, hərhansı razılaşmaya nail olmaq istəyir. Biz siyasi məhbuslar azad edilsin deyərkən, iqtidar Nika Qvaramiyaya və medya nümayəndələrinə qarşı təqib və təzyiq həyata keçirir. Belə bir iqtidarla hərhansı razılığa nail olmaq mümkün deyil” – dedi Salome Samadaşvili.