Salome Samadaşvili – Mixeil Saakaşvili və bütün aclıq askiyası edən insanları aksiyanı dayandıracağına böyük ümidlər bəsləyirəm
“Ümid edirəm ki, Saakaşvilinin səhhəti indiyədək belə geri qaytarıla bilməyəcək ziyana məruz qalmayıb və çox ümid edirəm ki, aclıq aksiyasına son qoyulacaq, o cümlədən Elene Xoştariya və son günlər bu formada etiraz edən bütün digər insanlar”, – bu barədə müxalifətçi deputat Salome Samadaşvili Gürcüstanın Birinci Kanalına bildirib.
O, ədliyyə nazirinin Mixeil Saakaşvilinin Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitala köçürülməsi təklifini şərh edib.
Samadaşvilinin fikrincə, Saakaşvilinin çoxprofilli klinikaya köçürülməsi təbii ki, yeganə çıxış yoludur.
“Düşünürəm ki, Saakaşvilini çoxprofilli klinikaya aparmaq, əlbəttə ki, yeganə çıxış yoludur. Belə bir vəziyyətdə tamamilə təbii həll yoluna nail olmaq üçün bizim beynəlxalq tərəfdaşlarımız da daxil olmaqla, bu qədər vaxta, bu qədər təzyiqə ehtiyacımız olması ağlasığmazdır. Ümid edirəm ki, Saakaşvilinin səhhətində artıq heç bir geri dönüşü olmayan zərər dəyməyib və çox ümid edirəm ki, o, Elene Xoştariya və son günlər etirazın bu formasına əl atan bütün digər insanlar kimi aclıq aksiyasına son qoyacaq.
Mən həkim deyiləm, amma bildiyimə görə Qori Tibb Xəstəxanası elə tibbi cəhətdən təchiz olunub ki, bu xəstəxanada Saakaşvilinin sağlamlığını lazımi səviyyədə qoruya bilsin, lakin bu məsələdə səlahiyyətli şəxslərin rəyinin önəmli olacağı aydındır “dedi Salome Samadaşvili.