Salome Samadaşvili - Mixail Saakaşvili yüz minlərcə gürcü üçün əhəmiyyətli siyasi liderdir
Mixail Saakaşvilinin hüququdur ki, ölkədə cari proseslərə dəyərləndirmə versin, – “Milli Hərəkatın” üzvü, deputat Salome Samadaşvili Gürcüstanın keçmiş prezidenti, Ukrayna İslahatları İcraiyyə Komitəsinin sədri, Mixail Saakaşvilinin video-müraciətinə bu cür əks səda verdi.
Salome Samadaşvilinin qeyd etdiyinə görə, Mixail Saakaşvili yüz minlərcə gürcü üçün əhəmiyyətli siyasi liderdir.
“Mixail Saakaşvili bir çox, yüz minlərcə gürcü üçün əhəmiyyətli siyasi liderdir və əminəm ki, onlar üçün Saakaşvilinin fikri çox önəmlidir. Müəyyən bəyanatlar verərkən, ölkədə onu bir çox insan dinləyir və Mixail Saakaşvilinin hüququdur ki, ölkədə cari proseslərə dəyərləndirmə versin”, – Samadaşvili bəyan etdi.