Salome Samadaşvili Levan Xabeişvili və Ana Tsitlidzenin ölkəni tərk etməsini kəskin siyasi məsuliyyətsizlik adlandırır
Sabah istintaq komissiyasının yaradılması ilə bağlı səsvermənin keçiriləcəyini bilə-bilə şəhəri tərk etmək qərarının kimlər tərəfindənsə verilməsi kəskin siyasi məsuliyyətsizlikdir-bu barədə “Lelo”nun siyasi katibi Salome Samadaşvili açıqlayıb.
Samadaşvili “Milli Hərəkat”ın sədri Levan Xabeişvili və eyni partiyanın üzvü Ana Tsitlidzenin Gürcüstandan Polşaya getməsinə münasibət bildirib.
“Parlamentdə olmalı və mandata sahib olmağınıza inanırsınızsa, mandatdan istifadə etmək üçün bundan vacib nə məsələ ola bilər. Biz günlərdir kampaniya apararaq bütün müxalifəti xəbərdar edirik ki, bu, ölkəmiz üçün son dərəcə vacib məsələdir və bu prosesdə hər bir səs həlledicidir. Öz səsinə və mandatına belə məsuliyyətsiz münasibət cəmiyyətdə müxalif siyasətçilərə etibar edilməməsi hissini yaradır və bu cür davranış bütövlükdə müxalifətə ziyan vurur”- deyə Samadaşvilinin “Lelo” partiyasının mətbuat xidməti tərəfindən dərc edilən şərhində deyilir.
Müxalifət aprelin 11-də parlamentin növbədənkənar iclasının çağırılması tələbi ilə bu gün günün birinci yarısında prezidentə müraciət edib. Daha sonra isə müxalifət nümayəndələri prezident Salome Zurabişviliyə müraciət edərək Ana Tsitlidze və Levan Xabeişvilinin ölkəni tərk etmələri ilə əlaqədar onların xahiş etdikləri növbədənkənar iclası sabaha təyin etməməyi xahiş ediblər.
Bununla yanaşı, bir az bundan əvvəl “Milli Hərəkat”ın sədri Levan Xabeişvili sosial şəbəkədə Polşadan Ana Tsitlidze, Qiuli Alasania, Qiorqi Chaladze və Polşadan olan avropalı parlamentari Ana Fotiqanın əks olunduğu şəkil dərc edib.